Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bağdad şəhərində mübarək Quran məclislərinin keçirilməsini davam etdirir
4/9/2025
Bağdad şəhərinin Seyyidiyyə məhəlləsində yerləşən “Əshabul-Kisa” (ə.s) məscid və hüseyniyəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi gündəlik mübarək Quran məclislərinin keçirilməsini davam etdirir. Bu məclislərdə möminlər və dini elm tələbələri iştirak edirlər.
Şeyx Əbdürrəsul Əttar bu mübarək Quran məclislərinin keçirilməsi barədə danışarkən deyib:
“Onların əhəmiyyəti bizim daim ilahi hikmətə üz tutmağa olan ehtiyacımızdan, bu müqəddəs əməl vasitəsilə əldə edilən ruhi dərinlik və həqiqi həyat duyğusunu hiss etməkdən irəli gəlir. Bununla yanaşı, bu məclislər Allah-taalanın ayələri üzərində təfəkkür etmək, hökmləri öyrənmək və Allahın bəndələrə vacib buyurduğu savab və cəza məsələlərini dərk etmək imkanı yaradır".
O əlavə edib ki, Quran tilavətinin fəziləti saysız-hesabsızdır və belə məclislərin keçirilməsi tərbiyəvi, elmi və əxlaqi mühit formalaşdıraraq iştirakçıların əxlaq, davranış və dəyərlərinin tədricən yaxşılaşmasına təsir göstərir.
Şeyx Əttar Quran məclislərinin ümmət mədəniyyətini möhkəmləndirməkdə və onun şüurunun dərinləşməsində mühüm rol oynadığını vurğulayıb.