Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Ziqarda imam Əlinin (ə.s) mövludu münasibətilə keçirilən mərasimə qatıldı

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Ziqarda imam Əlinin (ə.s) mövludu münasibətilə keçirilən mərasimə qatıldı



2/1/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin himayəsi ilə və Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) mövludu münasibətilə “Əli Əkbər (ə.s)” heyəti və “Əbrar” Mədəniyyət Mərkəzi dini mərasim təşkil etmişdir. Mərasimdə cənab Seyid Səlah Əlvadi məruzə ilə çıxış edərək, Əhli-beytin (ə.s) — xüsusilə də Əmirul-möminin imam Əlinin (ə.s) həyat yolundan ilhamlanan dini və tərbiyəvi dəyərlərdən, onun təcəssüm etdirdiyi ədalət, şücaət və insani keyfiyyətlərdən bəhs etmişdir.

Məruzəçi Əhli-beyt (ə.s) münasibətlərinin qeyd olunmasının əhəmiyyətini vurğulayaraq, bunun əxlaqi prinsiplərin möhkəmləndirilməsində, dini və ictimai şüurun artırılmasında, həmçinin nəsillərin onların doğru yoluna və pak həyat tərzinə bağlanmasında mühüm rol oynadığını qeyd etmişdir.

Mərasimdə bir sıra rövzəxanların və şairlərin xüsusi çıxışları olmuş, Ziqar şəhərinin Qərrəf qəzasına bağlı Tüveynat kəndində çoxsaylı möminlərin fəal iştirakı ilə keçirilmişdir. Tədbir Hüseyni məktəbinə dərin bağlılığı və cəmiyyətin dini mərasimlərin yaşadılmasına göstərdiyi həssaslığı əks etdirən iman dolu bir atmosferdə baş tutmuşdur.

 

 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla