Bəsrə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi imam Hüseyn (ə.s) xidmətçilərinin iştirakı ilə Hüseyni mökəblər (əza dəstələri) müəssisəsinin açılışında iştirak etmişdir

Bəsrə Feyha

Bəsrə şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi imam Hüseyn (ə.s) xidmətçilərinin iştirakı ilə Hüseyni mökəblər (əza dəstələri) müəssisəsinin açılışında iştirak etmişdir



27/1/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi, Şəban ayının mübarək mövludları münasibətilə, Deyr bölgəsinin Şafi qəsəbəsində imam Hüseyn (ə.s) xidmətçilərinin iştirakı ilə Hüseyni mökəblər müəssisəsinin açılış mərasimində iştirak etmişdir.

Ofisin nümayəndəsi Şeyx Müsənna Rübeyi bildirib: “Hüseyni mökəblər müəssisəsinin açılışı dini xitabətin (mövqenin) vahidləşdirilməsi və Hüseyni mökəblərə xidmət edənlər arasında əməkdaşlıq ruhunun gücləndirilməsi istiqamətində atılan addımlardandır. Bu təşəbbüs imam Hüseynin (ə.s) mesajına xidmət edir və Kərbəla şəhidinin İslam uğrunda göstərdiyi fədakarlıq və bəxşişə sədaqət və həmrəylik dəyərlərini əks etdirir".

Şeyx Rübeyi qeyd edib ki, bu açılış mərasimində 100-dən çox Hüseyni mökəbin məsul şəxslərinin iştirakı, şəhər əhalisinin Hüseyni mökəblərin təşkilinə və ali dini göstərişlərə bağlılığına açıq sübutdur. O vurğulayıb ki, bu addım Hüseyni mədəniyyətin daha nizamlı və vahid şəkildə yayılmasına və xidmətlərin daha yüksək səviyyədə təqdim olunmasına şərait yaradır.

Sonda Şeyx Rübeyi imam Hüseynə (ə.s) xidmət edən bütün fəal iştirakçılara dərin təşəkkür və minnətdarlığını bildirib və hamını mübarək Şəban ayının mövludları münasibətilə təbrik edib.

 

 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla