Vasit şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi keçirib

Vasit şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi keçirib



12/3/2026


Vasit – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəs Kut şəhərində Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) şəhadəti münasibətilə əza məclisi təşkil edib. Məclisdə bir qrup mömin iştirak edib.

Şeyx Muhəmməd Bədri məclis zamanı belə deyib: “İmam Əlinin (ə.s) şəhadətinin yad edilməsi onun haqq, ədalət və müsəlmanlara xidmət prinsiplərinə bağlılığın bir elanıdır. O, sadəcə tarixi bir şəxsiyyət deyil, bəşəriyyətin bu gün də ehtiyac duyduğu dəyərlər və prinsiplər əsasında qurulmuş tam bir islah layihəsidir”.

O əlavə edib ki, bu hadisə İslam ümmətinin qəlbində, xüsusilə də Əhli-beyt (ə.s) sevənlər üçün həmişəyaşar bir məsələdir. Bu xatirədə möminlər ədalətli dövlət quran, məzlumların yanında duran və İslamın əsas prinsiplərindən sapmayan bir rəhbər nümunəsini yada salırlar.

Şeyx Bədri çıxışının sonunda imam Məhdiyə (ə.f), böyük din alimlərinə və bütün İslam ümmətinə bu ağır müsibət münasibətilə başsağlığı verib.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla