Bağdad şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadəti münasibətilə əza məclisi keçirib
12/3/2026
Bağdad – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəs Əmirul-möminin imam Əli ibn Əbu Talibin (ə.s) şəhadətinin anılması üçün “Ənsar” Hüseyniyyəsində əza məclisi təşkil edib. Məclisdə bir qrup mömin iştirak edib.
Seyid doktor Əhməd Yasiri məclis zamanı belə deyib: “Bu mübarək gecələrdə Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətini yad etmək, onun həyatında təcəssüm etdirdiyi ədalət və təqva dəyərlərini yenidən dirildir və insanları onun məzlumlara yardım etmək, insanlar arasında haqqı bərqərar etmək yoluna bağlı qalmağa çağırır”.
O əlavə edib ki, mübarək Ramazan ayının 21-ci gecəsi möminlər üçün böyük bir iman fürsətidir. Bu gecədə insanlar dua, ibadət və Əhli-beytin (ə.s) mərasimlərini dirçəltməklə Allaha yaxınlaşırlar və İmamın (ə.s) həyatından səbir, möhkəmlik və cəmiyyətə xidmət dərslərini öyrənirlər.
Seyid Yasiri həmçinin bildirib ki, əza məclislərindəki hüzn və kədər hissləri Əmirul-möminin imam Əliyə (ə.s) olan sevgi və sədaqətin dərinliyini göstərir. Bu cür mərasimlər Allah-taalaya yaxınlaşmaq və İmamın (ə.s) həyatından ibrət almaq üçün mühüm bir fürsətdir.