Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi “vacibi-kifai fətva qəhrəmanlarının” yaralılarını ziyarət edib, onların sağlamlıq vəziyyətləri və ehtiyacları ilə tanış olub

24/4/2026

Şeyx Müsənna Rubeyi bildirib ki, bu ziyarət  mərcəiyyətin göstərişlərinə cavab olaraq həyata keçirilib. Bu göstərişlər yaralıların və şəhid ailələrinin qayğısına qalmağı xüsusi şəkildə vurğulayır. O qeyd edib ki, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salamı və duası onlara çatdırılıb və bunun onların mənəvi gücünü, səbir və möhkəmliyini artırmağına böyük təsiri vardır.

O əlavə edib ki, Xalq Səfərbərliyi Qüvvələrinin (Həşd-şəbi) yaralıları bütün iraqlılar üçün fəxarət nişanıdır. O vurğulayıb ki, vətənin və müqəddəs dəyərlərin müdafiəsində göstərdikləri fədakarlığa görə onlarla birlikdə olmaq və onlara müxtəlif sahələrdə dəstək vermək hər kəsin borcudur.

Həmçinin qeyd edib ki, ziyarət edən heyət yaralıların ehtiyacları ilə birbaşa tanış olub və onlarla davamlı əlaqənin saxlanılmasının, həmçinin onların tələbatlarının qarşılanmasının vacibliyini vurğulayıb.

Telegram kanalına üzv ol

Göndər
Çap et
Yadda saxla