Fələstin səfiri Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisini ziyarət edib və Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir

Fələstin səfiri Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisini ziyarət edib və Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir



25/5/2026


Nəcəful-Əşrəfdə yerləşən Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mübarək ofisi Fələstin səfirini və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir. Qonaqları Seyid Muhəmməd Tahir Cəzairi qarşılamışdır. Görüşdə Fələstin məsələsində baş verən son hadisələr müzakirə edilmiş, Fələstin xalqının qanuni hüquqlarının müdafiəsinin vacibliyi vurğulanmışdır.

Seyid Muhəmməd Tahir Cəzairi görüş zamanı dini mərcəiyyətin Fələstin məsələsinə dair dəyişməz mövqeyini bir daha bəyan etmişdir. O, mərcəiyyətin Fələstin xalqının qanuni hüquqlarını əldə etməsi, azadlıq və ləyaqət içində yaşamaq haqqını müdafiə etdiyini vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, Fələstin məsələsi yalnız siyasi deyil, eyni zamanda ədalət və insanlıq prinsiplərinə əsaslanan haqlı bir insani məsələdir. Bu səbəbdən dünyanın hər yerində azad və vicdanlı insanların bu məsələyə dəstək verməsi, Fələstin xalqının əzab-əziyyətlərinin sona çatdırılması və onun tarixi, qanuni hüquqlarının qorunması üçün səy göstərilməsi zəruridir.

Öz növbəsində, Fələstin səfiri hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun) Fələstinə və onun xalqına göstərdiyi dəstəyə görə dərin təşəkkür və minnətdarlığını ifadə etmişdir. O, dini mərcəiyyətin ədalətli məsələlərin müdafiəsində oynadığı insani və mənəvi rolu yüksək qiymətləndirmiş, bu mövqelərin xüsusilə mövcud şəraitdə Fələstin xalqı üçün böyük mənəvi dayaq və dəstək mənbəyi olduğunu bildirmişdir.

Görüş zamanı həmçinin ədalət və sülh dəyərlərinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanmış, xalqların hüquqlarının qorunmasına və onların insani ləyaqətinin müdafiəsinə xidmət edən bütün səylərin dəstəklənməsinin zəruriliyi qeyd edilmişdir.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla