Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisinin müdürü Divaniyyə şəhərində maarifləndirici mühazirə ilə çıxış etmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisinin müdürü Divaniyyə şəhərində maarifləndirici mühazirə ilə çıxış etmişdir



7/5/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi Divaniyyə şəhərinin Ğəmas qəzasındakı Böyük Ğəmas Məscidində İmam Zamin (imam Rza (ə.s)) Heyəti tərəfindən təşkil olunmuş dialoq seminarı çərçivəsində “Mövcud çağırışlar fonunda əməli intizar” mövzusunda maarifləndirici mühazirə təqdim etmişdir.

Şeyx Əli Nəcəfi seminar zamanı möminlərin həyatında əməli intizar anlayışının möhkəmləndirilməsinin əhəmiyyətindən, eləcə də fikri və ictimai çağırışlarla şüurlu və məsuliyyətli yanaşma ruhunda mübarizə aparmağın zəruriliyindən bəhs etmişdir.

O, imanlı gənclərin dini kimliyin və əsl İslam dəyərlərinin qorunmasında, həmçinin onların Əhli-beytin (ə.s) yoluna və məramına, eləcə də pak imamların (ə.s) məktəbinin davamı hesab olunan dini mərcəiyyətə bağlılıqlarının gücləndirilməsində böyük rol oynadıqlarını vurğulamışdır.

Seminarda şəhərin tanınmış alimləri, akademik dairələrin nümayəndələri və fikri-mədəni mövzulara maraq göstərən bir qrup gənc iştirak etmişdir.

Tədbir möhtərəm Şeyxin irəli sürdüyü mövzular ətrafında fəal müzakirələrlə yekunlaşıb. O, həmçinin iştirakçılar tərəfindən təqdim olunan sualları cavablandırıb. Seminarın dialoq xarakterli mühiti mövzuya göstərilən yüksək marağı əks etdirmişdir.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla