Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi məktəb şagirdləri üçün bir sıra yay kurslarının keçirilməsinə himayədarlıq etmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi məktəb şagirdləri üçün bir sıra yay kurslarının keçirilməsinə himayədarlıq etmişdir



1/6/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi akademik məktəblərin şagird və tələbələri üçün bir sıra yay kurslarının təşkilinə himayədarlıq etmişdir. Bu fəaliyyət dini təbliğat, maarifləndirmə, eləcə də fikir və tərbiyə sahəsində şüurun formalaşdırılması istiqamətində davam edən səylər çərçivəsində həyata keçirilmişdir.

Şeyx Müsənna Rübeyi demişdir: “Yay kursları gənclərin və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına töhfə vermək baxımından mühüm fürsətdir. Bu kurslarda fiqh, əqidə və İslam əxlaqı ilə bağlı dərslər tədris olunur ki, bu da onların dini şüurunun güclənməsinə və qəlblərində həqiqi İslam dəyərlərinin möhkəmlənməsinə kömək edir".

Şeyx Rübeyi bildirib ki, bu kurslar yay tətili boyunca davam edəcək və hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ofisinin göstərişləri əsasında hazırlanmış müəyyən proqram üzrə həyata keçiriləcəkdir. Bu proqramın məqsədi öz dəyərlərinə və prinsiplərinə bağlı, şüurlu və imanlı bir nəslin yetişdirilməsini.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla