Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) imam Zamanın (ə.f) zühuru ilə əlaqədar İraqın ilahi missiyasında və Əhli-beyt (ə.s) məktəbindəki mərkəzi mövqeyini vurğulayıb, insanın hər gün öz əməllərini və davranışlarını hesaba çəkməsinin, eləcə də valideynlərə, xüsusilə anaya yaxşılıq və ehtiram göstərməsinin vacibliyinə çağırıb

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) imam Zamanın (ə.f) zühuru ilə əlaqədar İraqın ilahi missiyasında və Əhli-beyt (ə.s) məktəbindəki mərkəzi mövqeyini vurğulayıb, insanın hər gün öz əməllərini və davranışlarını hesaba çəkməsinin, eləcə də valideynlərə, xüsusilə anaya yaxşılıq və ehtiram göstərməsinin vacibliyinə çağırıb



11/8/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), əzəmətli Peyğəmbərin (s) şəhadətinin ildönümü münasibətilə Əmirul-möminin imam Əlinin (ə.s) ziyarətində iştirak etdikdən sonra Babil şəhərindən gəlmiş bir qrup müəllim və tələbədən ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) bir sıra ata qayğısı ilə verilmiş nəsihət və tövsiyələrini çatdıraraq vurğulayıb ki, insan hər gün bütün əməllərini və söylədiyi sözləri özü üçün hesaba çəkməli, yol verdiyi səhvləri düzəltməli, günahlara düşməkdən çəkinməli və yaxşı əməllərini artırmağa çalışmalıdır. O qeyd edib ki, Əhli-beytin (ə.s) yolu öz şiə və ardıcıllarını daim nəfsi-mühasebəyə, yəni öz əməllərini sorğu-suala çəkməyə və mənəvi cəhətdən yüksəlməyə dəvət üzərində qurulub.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) həmçinin valideynlərə yaxşılıq və ehtiram göstərməyin, xüsusilə də anaya qayğı ilə yanaşmağın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, möminləri analarının razılığını qazanmaq üçün əllərindən gələn bütün yaxşılıqları etməyə, onların varlığını və övladlarını düzgün tərbiyə etmələrini Allahın neməti kimi dəyərləndirib şükür etməyə çağırıb. Bununla da Əmirul-möminin imam Əlinin (ə.s) şiələrinin yolunun həqiqi nümunəsi olmağın vacibliyini diqqətə çatdırıb.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) söhbətinin tarixi və etiqadi aspektinə toxunaraq bildirib ki, İraqın Əhli-beytə (ə.s) olan vilayət və bağlılıq kimliyi keçmişdə olduğu kimi, bu gün də mövcuddur və İmam Sahibuz-Zəmanın (ə.f) zühuruna qədər davam edəcək.

O əlavə edib ki, həmin dövrdə müqəddəs Nəcəf şəhəri ilahi ədalət dövlətinin paytaxtı, İraq isə yer üzünü haqq-ədalətlə dolduracaq, zalımların hakimiyyət və taxtlarını aradan qaldıracaq, dünyanın bütün bölgələrində sülh və əmin-amanlığı bərqərar edəcək həmin ilahi rəhbərliyin qlobal mərkəzi olacaq.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla