Fəzilətli əxlaqa bağlılıq böhranları və qurulan planları aşmağın yoludur

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İslam ölkələrindən gələn nümayəndə heyətlərinə

Fəzilətli əxlaqa bağlılıq böhranları və qurulan planları aşmağın yoludur



9/8/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) vurğulayıb ki, müasir dövrün böhran və problemləri ilə mübarizə aparmaq, həmçinin İslam ümmətini hədəfə alan plan və layihələrə qalib gəlmək üçün fəzilətli əxlaqa və İslam dininin gətirdiyi əsil Muhəmmədi dəyərlərə möhkəm sarılmaq lazımdır.

Bu fikirlər hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) İran, Pakistan və Hindistan respublikalarından İraqa İslam Peyğəmbərinin (s) vəfatının ildönümünü yad etmək üçün gəlmiş çoxsaylı zəvvarlardan ibarət nümayəndə heyətlərini qəbul etməsi zamanı səsləndirilib.

Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) qonaqlara bir sıra ata qayğısı ilə tövsiyə və göstərişlər verərək bildirib ki, bu gün İslam cəmiyyətlərinin qarşılaşdıqları çətinlikləri və həqiqi Muhəmmədi İslama qarşı qurulan sui-qəsd və planları dəf etmək üçün şüur və hikmətə ehtiyacı vardır. Ən düzgün həll yolu isə gündəlik həyatın bütün sahələrində əxlaqi prinsiplərə səmimi şəkildə qayıtmaq və onları tətbiq etməkdir.

Həmçinin mərcəi-təqlid (kölgəsi davamlı olsun) Əhli-beytin (ə.s) müqəddəs məqbərələrini ziyarət etməyin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, bu ziyarətlər dəyər və əxlaqın yüksəldilməsi üçün həqiqi başlanğıc, zəvvarların əldə etdiyi mənəvi feyzlərdən və iman nurundan bəhrələnmək üçün böyük fürsətdir. Bu isə fərdin və cəmiyyətin vəziyyətinin islahına, müxtəlif mənfi xüsusiyyət və davranışların aradan qaldırılmasına mühüm töhfə verir.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla