Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ayətullah əl Üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfatı münasibətilə başsağlığı məktubu
21/9/2026
Bismilləhir-Rahmənir-Rahim
Həmd olsun Allaha ki, xoşagəlməz hadisələr qarşısında Ondan başqasına həmd edilmir. Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüdrət sahibi yoxdur.
Böyük alim, Ayətullah əl Üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfat xəbərini böyük kədər və hüznlə qarşıladım. O, ömrünü elmi fəaliyyətə, dinə və məzhəbə xidmətə, alim və fəzilət sahiblərinin yetişdirilməsinə, eləcə də elmi hövzənin və möminlərin elm və maariflə təmin olunmasına həsr etmişdir.
Ömrünün illərini öz ulu babası Muhəmməd Mustafanın (s) şəriətinə və Əhli-beyt (ə.s) məktəbinə xidmət yolunda sərf etmiş belə böyük bir alimin vəfatı elmi hövzə və bütün möminlər üçün ağrılı itkidir. Onun vəfatı fəzilətini tanıyanların, tələbələrinin və sevənlərinin qəlbində böyük bir boşluq və dərin iz buraxır.
Bu kədərli münasibətlə ilk növbədə ağamız, Allahın yer üzündəki ən böyük vəlisi, Əsrin və Zamanın Sahibinə (ə.f), eləcə də elmi hövzələrə, böyük alimlərə və bütün möminlərə, xüsusilə də onun möhtərəm ailəsinə, tələbələrinə və sevənlərinə ən səmimi başsağlığımı və dərin hüznlə təsəllimi bildirirəm.
Uca və Pak Allahdan diləyirik ki, səadətə qovuşmuş mərhum alimi Öz geniş mərhəməti və razılığına qərq etsin, onu Muhəmməd (s) və onun pak Əhli-beyti (ə.s) ilə birlikdə məhşur etsin və onun nənəsi, pak və Siddiqə xanım Fatimətuz-Zəhranın (s.ə) şəfaətinə nail etsin. Pak babalarının yanında qərar tutmaq üçün bu dünyadan köçməsi onun üçün necə də səadətli aqibətdir!
«Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq».
Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüdrət sahibi yoxdur.
Bəşir Hüseyn Nəcəfi
9 Rəbiül-axir 1448-ci il