Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İran İslam Respublikasının rəhbərliyini təmsil edən nümayəndə heyətini qəbul edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İran İslam Respublikasının rəhbərliyini təmsil edən nümayəndə heyətini qəbul edib



26/8/2026


İslam İnqilabı Rəhbərinin Nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun) və Nəcəful-Əşrəfdəki dini mərcəi-təqlidlərə İran xalqına göstərdikləri dəstəyə görə xüsusi və ümumi təşəkkür və minnətdarlıq mesajını çatdırıb.

Nəcəful-Əşrəf – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəf şəhərindəki mərkəzi ofisində İran İslam Respublikasının rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə İran İslam Respublikası rəhbərinin nümayəndəsi, Ekspertlər Məclisinin sədr müavini, məclisin üzvləri və onları müşayiət edən şəxslər başçılıq ediblər.

Nümayəndə heyəti İran İslam İnqilabı Rəhbərinin hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun) ünvanladığı məktubu çatdırıb. Məktubda hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun) və Nəcəful-Əşrəfdəki dini mərcəiyyətə İran xalqına göstərdikləri dəstəyə, xüsusilə də İran İslam Respublikasının üzləşdiyi müxtəlif şərait və hadisələr zamanı nümayiş etdirdikləri mövqelərə görə təşəkkür və minnətdarlıq ifadə olunub.

Həmçinin nümayəndə heyəti  hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) mövqeyinə, eləcə də İraqda şəhid Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin (r) dəfn mərasimi ilə bağlı göstərdiyi münasibətə yüksək ehtiram və minnətdarlığını bildirib. Eyni zamanda, İraq xalqının müxtəlif məzhəb, millət və hörmətli qəbilələrinin dəfn mərasimi zamanı nümayiş etdirdikləri həmrəylik və vəfa hissləri yüksək qiymətləndirilib.

Öz növbəsində,  hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ümmətin mərhum rəhbəri Seyidin (r) şəhadəti münasibətilə Allahın yer üzündəki höccəti, imam Məhdiyə (ə.f), görüşdə iştirak edənlərə və özünə bir daha başsağlığı verib.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), həmçinin dəfn mərasimi zamanı İraq qəbilələrinin və İraq xalqının göstərdiyi nəcib, insani və dini mövqeyə görə dərin minnətdarlığını və yüksək təqdirini ifadə edib.

Görüşün sonunda hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), Uca və Qadir Allaha dua edərək möminləri hər cür bəladan və pislikdən qorumasını, mövlamız Həzrət imam Məhdinin (ə.f) zühurunu tezləşdirməsini diləyib.





Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla