Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Misan şəhərindəki nümayəndəsi Məcr əl-Kəbir sakinlərindən ibarət heyətlə birlikdə illik Fatimiyyə yürüşündə iştirak etmək üçün yola düşüb
22/10/2026
Seyid Əli Fazili: «Bu iştirak Əhli-beytə (ə.s) olan bağlılığın təcəssümü və onların mübarək yolunu davam etdirmək əhdinin yenilənməsidir».
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Misan şəhərindəki ofisinin nümayəndəsi Seyid Əli Fazili Məcr əl-Kəbir rayonunun sakinlərindən və əzadarlardan ibarət heyətlə birlikdə Xanım Siddiqeyi-Tahirə Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ildönümünü yad etmək məqsədilə keçirilən illik Fatimiyyə yürüşündə iştirak etmək üçün mərkəzi toplanış məntəqəsinə doğru yola düşüb.
Seyid Fazili bildirib ki, Məcr əl-Kəbir sakinlərindən ibarət heyətin bu yürüşdə iştirakı Əhli-beytə (ə.s) sədaqət və vəfanın ifadəsi, onların mübarək yolunu davam etdirmək əhdinin yenilənməsidir. O, həmçinin vurğulayıb ki, Fatimiyyə yürüşündə iştirak iman mövqeyinin ifadəsi olmaqla yanaşı, Xanım Fatimeyi-Zəhranın (ə.s) uğrunda fədakarlıq göstərdiyi dəyərlərə və prinsiplərə bağlılığın, Əhli-beytə məhəbbət və sədaqətin, fədakarlığın təcəssümüdür.
O, qeyd edib ki, bu iştirak Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin bilavasitə himayəsi altında keçirilən Xanım Siddiqeyi-Tahirənin (ə.s) şəhadətinin ildönümünü yad etmək istiqamətində davam edən hazırlıq tədbirlərinin tərkib hissəsidir. Seyid Fazili Uca Allahdan hər kəsin saleh əməllərini qəbul etməsini, onların addımlarını haqq və vilayət yolunda sabit etməsini diləyib.
Seyid Fazili, həmçinin bildirib ki, Uca Allahın lütfü ilə yola düşmə mərasimi yüksək səviyyədə təşkil olunub. İllik Fatimiyyə yürüşündə iştirak edəcək heyətin səfər üçün zəruri ehtiyacları təmin edilib və heyətin təşkili başa çatdırılıb. Bununla da bu əzadarlıq mərasimində iştirak üçün münasib şərait yaradılıb.