Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Bəsrə şəhərinin Əl-Fəv məntəqəsindən gələn heyəti qəbul etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Bəsrə şəhərinin Əl-Fəv məntəqəsindən gələn heyəti qəbul etdi.



7/11/2021


Bəsrə şəhərinə tabe olan Əl-Fəv məntəqəsinin cəmiyyət və övladlarından ibarət bir heyət, Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) mərkəzi ofisini ziyarət etdi. Görüşdə iştirak edənlər hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) öyüd və nəsihətlərini dinlədilər. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) hamının gündəlik həyatında etməli olduğu işlər barədə öz tövsiyələrini etdi. Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) Əhli-Beyt (ə.s )-la təmsil olunan haqq əqidədən möhkəm yapışmağı, Onların yolu və xətti ilə getməyi, Əhli-Beyt (ə.s )-ın münasibət günlərini qeyd etməyi və Onların əbədi məktəbinin prinsiplərini yaymağı təkid etdi. Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) insanın özünü mühasibə etməsinin və günahlardan paklanmasının əhəmiyyətinə təkid edərək bildirdi ki, insan gərək özünü gecə və gündüz hesaba çəksin və istiğfar etməyi çoxaltsın. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) hamı üçün dua edərək sağlamlıq və əmin-amanlıq dilədi. Heyət öz növbəsində hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) nəsihətlərini qiymətləndirdi. Və mübarək vaxtından ayırdığı üçün ona öz təşəkkür və minnətdarlığlarını bildirdilər.
Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla