Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Divaniyyə şəhərində Əmirəl-möminin (ə.s ) mövludu münasibəti ilə əlaqədar bayram tədbirində iştirak etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Divaniyyə şəhərində Əmirəl-möminin (ə.s ) mövludu münasibəti ilə əlaqədar bayram tədbirində iştirak etdi.



13/2/2022


Şeyx Əli Nəcəfi: Əmirəl-möminin (ə.s ) bütün şəxsiyyətlər və kişilərin içində təsirli və sayılıb seçilən bir nümunəvi idir. Nəcəfi: Bu cür dünyaya gəlmə Əmirəl-möminin (ə.s ) üçün bir fəzilətdir onda heç bir şəxs şərik deyil, baxmayaraqki düşmənlər onun (Kəbədə dünyaya göz açmağın ) şənini azaltmağa çalışdılar lakin onlar uğursuz və ümüdsüz oldular. Nəcəfi: Cavanlarımız bu gün güc və bəxşiş mənbəyidir, onlara həqiqi nailiyyətləri əldə etmək üçün Əmirəl-möminini (ə.s ) özlərinə öndər götürmələri vacibdir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi Divaniyyə şəhərində Gənclər forumunun Ruhəma komandasının Əmirəl-möminin (ə.s ) mövludu münasibəti ilə əlaqədar təşkil etdikləri tədbirdə iştirak etdi. Tədbirdə Şeyx Nəcəfi mühazirəsi zamanı bəyan etdi ki, həqiqətən Əmirəl-möminin (ə.s ) bütün şəxsiyyətlər və kişilərin içində təsirli və sayılıb seçilən bir nümunəvi idir, Artıq Allahu təala Onu (ə.s ) müqəddəs Kəbədə mübarək dünyaya göz açması və əzəmətli Kufə məscidinin namaz mehrabında şəhadəti ilə seçdi və Əmirəl-möminin (ə.s ) Allahu təalanı və Onun Peyğəmbərini (s.ə.v.s ) həqiqi tanıyırdı. Hörmətli Şeyx işarə etdi ki, həqiqətən bu cür dünyaya göz açmaq Əmirəl-möminin (ə.s ) üçün bir fəzilətdir heç bir şəxs onda şərik deyil, baxmayaraqki həqiqətən din düşmənləri onun (Kəbədə göz açmağın fəzilətli olmasını ) şənini alçaltmaq üçün müxtəlif yollarla çalışdılar və səy göstərdilər lakin onlar uğursuz və ümüdsüz çünki o (Kəbədə dünyaya göz açmaq ) fəzilətdir və onu Allahu təala Əmirəl-mömininə (ə.s ) bəxş edib. Hörmətli Şeyx Əli əlavə edərək qeyd etdi ki həqiqətən Əmirəl-möminini (ə.s ) tanımaq və Onun (ə.s ) yoluna və vilayətinə təməssük etmək böyük İlahi bir nemətdir, bizə Onun (ə.s ) yolu ilə getmək, əxlaqı ilə əxlaqlanmaq, hidayəti ilə hidayətlənmək və ədaləti ilə ədalətlənməklə bu nemətə şükür etmək vacibdir. Əlavə edərək qeyd etdi, Cavanlarımız bu gün güc qüvvət mənbəyidir onlara həqiqi şiə kimliyini, səadəti, İlahi razılığı və həqiqi nailiyyətləri əldə etmək üçün Əmirəl-möminini (ə.s ) özlərinə örnək götürmək vacibdir. Hörmətli Şeyx təkid edərək bildirdiki həqiqətən hər bir şəxs öz valideyinlərinə məhəbbət, ehtiram və sevgi bəsləməlidir, çünki onlar xeyir, bərəkət və amanlıq mənbəyidir, onlar ailə və övladlara plandır, valideynlərə yaxşılıq və ehtiram göstərmək vacibdir.
Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla