Ayətullah əl üzma Böyük Mərcəi təqlid Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) ofisinin İmam Müntəzər (ə.f )-in mövludu münasibəti ilə bəyanatı.

Ayətullah əl üzma Böyük Mərcəi təqlid Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) ofisinin İmam Müntəzər (ə.f )-in mövludu münasibəti ilə bəyanatı.



16/3/2022


Nemətlərinə görə Allaha həmd və ilhamına görə Ona şükürlər olsun, Allahın salam və salavatı peyğəmbərlərin şərafətlisi, aləmlərə rəhmət olaraq göndərilmiş Muhəmməd ibn Əbdullaha və Onun bütün yaranmışların ağası olan Əhli-Beytinə olsun, Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lənəti olsun. Allahu təala buyurub: (Allahın köməyi və o (böyük ) zəfər (Məkkənin fəthi və digər zəfərlər ) gəldiyi zaman, İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir ). Sadaqallahu əl-Əliyyu əl-Əzim.   Baxmayaraq ki, mübarək ayənin müjdə verdiyi fəthdən məqsədi təyin etməkdə təfsirçilər və alimlərin fikir ayrılığı var, fikirlər müxtəlif cəhətlər və mənalara yönəliblər, ola bilər düzgünü Allahın vəlisi İmam Mehdi (ə.f )-in _Canımız Onun ayağının tozuna fəda olsun_ zuhurun həyata keçməsinə işarə edir, bu zaman tarix boyu baş verməyən hadisə həyata keçəcək o, bütün insanların Allahu təalanın itaətinə düzgün formada boyun əymələri və İmamımız Müntəzər (ə.f )-in riayəti, çalışması və ənsarlarının cihadı ilə olacaq. Biz bu günlərdə İmam Müntəzər (ə.f )-in viladəti ilə əlaqədar olan anları yaşayırıq hamımızın gözləri və qəlbləri vədələnmiş bu neməti ələ gətirə biləcəyimiz bu günlərin şərafət, dərinlik və ucalığına zillənib o Allahın əzəmətli Vəlisinin (ə.f ) zuhurudur hər bir bəsit işlərə şamil olacaq və qərarlaşacaq. Mühümmüsü bizim bu neməti başa düşməyimiz, anlamağımız dərk etməyimiz və özümüzü bu neməti qarşılamağa hazırlamaqdır. Təəssüf edici işlərdəndə, bizlərdən çoxları Allahın əzəmətli Vəlisinin (ə.f ) zühurunun əzəmət və dərinliyini dərk edirik lakin bizlər bu neməti qarşılamaq üçün münasib olmağımız üçün özümüzü hazırlamaqda lazım olacağı işlərdən ğəflətdə oluruq. Nəfsi hazırlamaq və düzəltmək yalnız Allahu təalanın itaət qalibində həyata keçir, nəfsin hərəkət və sakinliyi Allahu təalanın itaət çərçivəsində dövrə vurur, və buda yalnız nəfsin bütün hərakat və sükunlarını mühasibə və izləməklə baş verir, çox təəssüf edicidir ki, bizim çoxlarımız bu vəzifədən uzağıq, məqsədim: nəfsi izləmək və mühasibə etməkdir, ola bilər Allah və Onun Vəlisinin itaəti ünvanında etdiyimiz və düşündüyümüz _Əgər bir nəfər Məsumların və alimlərin buyurduqlarında fikirləşsə_ həqiqətən bizim itaətimiz_ baxmayaraq ki, ad və zahiri baxışda itaətdir_, lakin həqiqətdə və batində itaətin həqiqətindən uzaqdır. Biz bütün əməllərimiz, hərəkətlərimiz və sükütlarımızda düşünəndə təəssüf edirik çünki onların hamısını və ya çoxlarını dünya və ya axirət məqsədlərimizi həyata keçirtmək üçün sərf edirik, həqiqətən biz Allaha dua edərək və ya hacətlərimizdən birini diləyəndə duadan öncə və sonra  peyğəmbər (s.ə.v.s )-ə salavat göndərməklə başlayırıq, və bu salavatda məqsədimiz dualarımızın qəbuludur onu dualarımızın hədəfi və vəsiləsi qərar veririk, və bu nəfsin bəlalarından bir bəlasıdır peyğəmbər (s.ə.v.s )-ə göndərdiyimiz salavatı nəzərimizdə nə qədər mühüm olmasına baxmayaraq istər dünyavi və ya axirət məqsədi üçün olan məqsədimizin həyata keçməsində qurban və vəsilə qərar veririk, peyğəmbər və onun ailəsinə salavat göndərmək Allahu təalanın Qurani Kərimdən əmr etdiyi işlərdən deyil o, başqa ibadətlər kimi ibadət deyil? Bizdən ibadət kimi baş verməsində yalnız Allahu təlaya görə qürbətən iləllah olması vacibdir, çəkinilməsi lazım olan bunun kimi bizim ibadətlərimizin çox hissəsi qeyri müəyyən uzaqlıqdadır. Sonra nəfslərimizin bütün hərəkət və süknlarını hesaba çəkdiyimiz zaman qeyri sağlam olmasını və lazımı səviyyədə olmamasını tapırıq, və buna görədə Peyğəmbər (s.ə.v.s )-dən nəfsin mühasibəsinə əmr gəlib Peyğəmbər (s.ə.v.s ) buyurub: (Dünyanız sizi axirətindən məşğul etməsin istəylərinizlə Allahınızın itaətinə təsir etməyin, imanızı günahlarınız üçün qurban qərar verməyin, sorğu suala çəkilməmişdən öncə özünüzü hesaba çəkin ). İmam Kazim (ə.s )-dan hədisdə nəql olunur: (Özünü hər gün hesaba çəkməyən şəxs bizdən deyil ). Məlumdur ki, nəfsi davamlı sürətdə hesaba çəkmək bizi etdiyimiz və ya tərk etdiyimiz işlərdə diqqətli və ya anlayışlı qərar verir, və bizə Allahın təqvasından nə qədər uzaq düşdüyümüzü bəyan edir. Amma Allahu təala mübarək kitabında buyurur: (Yalnız Allah təqvalılardan qəbul edir ). Həyatın sonunda gözlənilmədən qarşılaşmaqdan öncə və vaxt keçmədən diqqət etməyimiz vacibdir və özümüzü Allahu təalanın qarşısında durmağa hazırlayaq. Və bu müsibəti xülasə edərək insan özünü Məsumların (ə.s ) birinin müqabilində qərar verir özünün hərəkətlərini və sükütlarını Məsumların (ə.s ) hərəkət və işləri ilə yaxınlaşdırır və insana onun hərək və sükütu Onunla (ə.s ) oxşar olmayanda xəcaləti artırır. Məsumların (ə.s ) hərəkət və sükütları Allahın başqa saleh bəndələrindən Əbu Zərr, Meysəm, Malik Əştər və Miqdad və başqaları fərq edir.. Qeyd olunub ki, Küfədə Yeniyetmələrdən biri Malik Əştərə tərbiyəsizlik etdi və onu tanımırdı və bəzi saleh şəxslər ona dedi bunun kim olduğunu tanıyırsan!?, Dedi: Yox, Dedi: Bu Əmirəl-möminin (ə.s ) Küfədə ki qoşun başçısıdır, həmən xəsarət etmiş yeniyetmə Malik Əştərdən üzr istəmək üçün arxasınca qaçdı, Allahdan qorxduğu üçün yox Onun (Allah ondan razı olsun ) hücuma keçməsindən, Çünki O, İmam Əli (ə.s )-ın qoşnunun komandirlərindən biri idi, Onu Küfənin məscidlərindən birində tapdı, ondan üzr istədi, və Malik ona dedi: Mən məscidə yalnız iki rükət namaz qılıb Allahu təaladan sənə bağışlamaq diləmək üçün daxil oldum. Necə olur olsun, biz iddia edirki, həqiqətən biz İmam Müntəzər (ə.f )-in tabeçilərindən, şiələrindən və Onun (ə.f ) lütfündə yaşayırıq Çünki O, (ə.f ) bizə dua və Allahu təalanın yanında şəfaətçidir bizim Allaha itaət etmədiyimiz üçün, Allahın qəzəbinə layiq olduğumuzu bizdən uzaq etsin. Bizə Ona kömək etmək üçün nəfsimizi hazırlamaq lazımdır, oda yalnız öz nəfsimizi və əzalarımızı Allahu təalanın itaət çərçivəsinə salmaqla olar, bunu bilməyimiz yaxşıdırki, həqiqətən bizim əməllərimiz Ona (ə.f ) təqdim edilir və O bizim pis işlərimizdən xəbərdar olanda əziyyət çəkir və ağlayır, və necə özümüzü Onun ənsarlarından və qoşnunda olmağımızı umaq və layiqli görək? İmam (ə.f )-in mövludu bizi sevinməyə çağırır, lakin bu sevinc Onun zühur etməsi bizim dünya arzularımızı həyata keçirməsi üçün olmasın, çünki İmam (ə.f )-in zühurunu, cihadını və Peyğəmbər (s.ə.v.s )-in şəriətinin tətbiqini dünyamız üçün məqsəd və vasitə qərar veririk, və biz qeyd etdik ki, həqiqətən məqsəd vəsilədən daha şərafətlidir. İlahi bizim nəfslərimizi islah et, və bizləri Sənin saleh bəndələrindən qərar ver, və itaətində müvəffəq et Sənin və Sənin vəlin İmam Müntəzər (ə.f )-in istədiyi kimi olaq, Vəssalam..
Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla