Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Vasit şəhərində bir neçə Tayfalarla görüşüb.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Vasit şəhərində bir neçə Tayfalarla görüşüb.



23/3/2022


Şeyx Əli Nəcəfi: Nəcəf əl-Əşrəf əsl muhəmmədi islam dinini və dünyada şiəçilik gücünü təmsil edir və onun paytaxtıdır. Şeyx Əli Nəcəfi: İraqlı əşirələrimiz əsl xüsusiyyətlərə malikdir, ictimaiyyətin qəlbində qalması üçün övladların qəlblərində onu əkməyə hərisdilər. Nəcəfi: İraq kimliyi və kökü min illiklərə qayıdır və zəriflik və eksklüzivlik ilə xarakterizə olunur. Şeyx Əli Nəcəfi: Cavanları, vətəni islah və yenidən qurmaq üçün elm öyrənməyə və elmi öyrənmək üçün yüksək səviyyədə cəhd göstərməyə şövq etdirmək vacibdir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi Vasit şəhərinin müxtəlif bölgələrində bir neçə əsl İraq əşirələrini ziyarət etdi, və həmən bölgələrdə olan Hörmətli Mərcəi təqlid Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndələri, əşirə şeyxləri və şəxsiyyətləri və bir dəstə möminlərlə görüşdü. Hörmətli Şeyx əlavə etdiki həqiqətən əsl muhəmmədi islam dini ərəb qəbilələrin malik olduğu bəzi sifət və xüsusiyyətlərini təkid edir onlardan şücaət, qonşuluq, kərəm, əmanət və düzlük.. və başqaları, bu gün iraqlı əşirələrimiz həmən xüsusiyyətlərə malik və onları cəmiyyətdə saxlamaq üçün övladlarının qəlbində əkmək və divanlar vasitəsi ilə öyrədirlər. Hörmətli Şeyx Nəcəfi vətənin kimliyini və övladları vətənin xüsusiyyətləri ilə tərbiyyətləndirmək və ondan möhkəm yapışmaq və müdafiə etməyi öyrətməyin əhəmiyyətini təkidlə qeyd etdi, və işarə edərək qeyd etdi ki, həqiqətən bütün dövlətlər və xalqların kimliyi vardır ona inanıb müdafiə edirlər, izah etdi ki, həqiqətən İraqın kimliyi və kökü min illiklərə qayıdır və zəriflik və eksklüzivlik ilə xarakterizə olunur və o ataların, elm, ədəb, fəqahət, Əhli-Beyt (ə.s ) imamlarının, peyğəmbərlər (ə.s ) və saleh şəxslərin və İmam Mehdi (Canımız Onun ayağının tozuna fəda olsun ) əli ilə qurulacaq birinci və axrıncı ədalətli dövlətin paytaxtı olan vətəndir. Necə ki, hörmətli Şeyx təkidlə qeyd etdi ki, həqiqətən İraq öz sərvəti, təbiəti və xeyriyyəsi ilə seçilən bir ölkədir və bunun yanındada həqiqətən İraq xalqı öz zehni və fikri gücü ilə seçilirlər, cavanları, vətəni islah və yenidən qurmaq üçün elm öyrənməyə və elmi öyrənmək üçün yüksək səviyyədə cəhd göstərməyə şövq etdirmək vacibdir.
Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla